AZ

Yaxın Şərq dəhşətli müharibəyə doğru irəliləyir – Ağlasığmaz eskalasiya…

“Yaxın Şərq böyük bir müharibəyə doğru irəliləyir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclası zamanı deyib.

O bildirib ki, İsrail rəhbərliyi Tehran və Vaşinqton arasında birbaşa münaqişə yaratmaq niyyətindədir.

“Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürməklə İsrail münaqişəni qəsdən qızışdırıb, İran tərəfi isə müstəsna təmkin nümayiş etdirib. Bu, Livan və bütün Qərbi Qüds üçün fəlakətli nəticələrlə doludur. İsrail rəhbərliyi öz planlarını həyata keçirməyə davam edərsə, münaqişə bütün dünyanı təhdid edəcək və ağlasığmaz eskalasiya riski yaranacaq. İsrail rəhbərliyinin nəyin bahasına olursa-olsun əsas regional rəqibi İran və ABŞ arasında birbaşa münaqişə yaratmağı planlaşdırdığı getdikcə daha aydın olur”, – deyə o, vurğulayıb.

Globalinfo.az

Seçilən
0
2
konkret.az

5Mənbələr