AZ

Rusiyanı hiperinflyasiya gözləyir?

Yazını böyüt
Yazını kiçilt

Rusiyada iqtisadi şərtlər sürətlə artan faiz dərəcələri ilə kritik dövrə qədəm qoyur. Mərkəzi Bank son iki ildə faiz dərəcəsini 7,5 faizdən 19 faizə qaldırsa da, ekspertlər bu artımın 20 faizə çatacağını gözləyirlər.

Hafta.az-ın “Novıe İzvestiya” portalına istinadən yazdığına görə, iqtisadçılar bildirirlər ki, kəskin faiz artımı iqtisadi durğunluq və hiperinflyasiya risklərini artırır. Lakin buna baxmayaraq, ictimaiyyətin xərclərini azaltmadığı və qiymətlərin aşağı düşmədiyi bildirilir.

Xüsusilə də iş dünyası belə fikirdədir ki, yüksək faiz dərəcələri biznesin inkişafını çətinləşdirir. Sənaye istehsalının artım tempinin aşağı düşməsi investorların riskdən qaçmasına və yüksək faizli kreditlərdən uzaq durmasına səbəb olur. Lakin tələbin azalmasına baxmayaraq qiymətlərin aşağı düşməməsi iqtisadiyyatı çıxılmaz vəziyyətə salır.

Mərkəzi Bank inflyasiya gözləntilərinə nəzarət üçün faiz dərəcələrini artırmağa davam edir, lakin ekspertlər bunun iqtisadiyyatı daha da yavaşlata biləcəyini düşünürlər. Bəzi analitiklərin fikrincə, yüksək faiz dərəcələri 2025-ci ildə iqtisadi artımın 0,5 faiz-1,5 faizlə məhdudlaşdırılmasına səbəb ola bilər. Bu, ölkə iqtisadiyyatının tənəzzülə uğraması riskini artırır.

Digər tərəfdən, Rusiya xalqının gəlirlərinin gələn il bu ilki qədər sürətlə artmayacağı təxmin edilir. İpoteka kreditləri yüksək faizlə demək olar ki, əlçatmaz hala düşüb. Bu, bir çox insanın öz evinə sahib olmaq arzusunu təxirə salmasına səbəb olur.

Seçilən
12
hafta.az

1Mənbələr