ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, 2024-cü ilin üçüncü rübü üçün avtomobil istehsalı və tədarük məlumatlarını dərc etdi.

İndex.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın avtomobil tədarükləri ilin üçüncü rübündə illik bazda 6,4% artsa da, gözləntilərdən aşağı olub.

Buna görə şirkət ilin üçüncü rübündə 469 min 796 avtomobil istehsal edib. “Tesla” 2023-cü ilin üçüncü rübündə 430 min 488 avtomobil istehsal edib.

“Tesla”nın bu ilin üçüncü rübündə təslim etdiyi avtomobillərin sayı illik bazda yüzdə 6,4 artaraq 462 min 890-a çatıb.

Bazar gözləntiləri şirkətin bu dövrdə 463 min 310 avtomobil təslim edəcəyi idi. “Tesla” ötən ilin eyni dövründə 435 min 59 avtomobil tədarük edib.

Gözləntiləri doğrultmayan çatdırılma məlumatlarından sonra şirkətin səhmləri 3%-dən çox dəyər itirdi.