AZ

Salyanda ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI- YENİLƏNİB

"Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfərin vəziyyəti orta ağırdır".

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 noyabr saat 05:30-da altı nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Beş nəfərin vəziyyəti orta ağır, bir nəfərin vəziyyəti isə stabildir", - deyə məlumatda bildirilir.

(oxu.az)

***

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 6 üzvü xəsarət alıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il təvəllüdlü Qurbanova Bənövşə Yaşar qızı, 1970-ci il təvəllüdlü Eynullayeva Nəzakət İdris qızı, 1997-ci il təvəllüdlü Qurbanova Gülxanım Ayaz qızı, 2021-ci il təvəllüdlü Qurbanova Gülsüm Ələkbər qızı, 2018-ci il təvəllüdlü Qurbanov Ələmdar Ələkbər oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Ələkbər Rəfail oğlu xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
4
avtosfer.az

10Mənbələr