AZ

İsrail İranda bu hədəfləri vuracaq – Sensasiya

İranın ötən gün İsrailə 250-yə yaxın raket atmasından sonra Təl-Əviv buna qarşılıq verəcəyini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netenyahu açıqlamasında “İran bu gecə bütün “qırmızı xətləri” keçmiş” deyib.
Bunun ardından isə İsrail tərəfi İrana üç sübminal mesaj göndərib. Onlardan biri dünən İsrail tərəfrinin İranda olan neftayırma zavodları ilə bağlı videoçarx paylaşıb.
İkinci mesaj İran dini lideri Əli Xamineyinin bütün görüşlərdə oturduğu taxtadan hazırlanmış stulu və üzərində onun əbası əks olunmuş fotodur.
Üçüncü subminal mesajı isə İsrailin diaspora naziri paylaşıb. Və İranın keçmiş şahdazəsi Rza Pəhləvi ilə çəkdirdiyi fotosunu yayaraq, altında “İnşallah, tezliklə Tehranda görüşənədək” sözlərini yazıb.
Tribunainfo.az xəbər verir ki, dünən İsrailin “Kanal 12” televiziyası Təl-Əvivin təhlükəsizlik kabinetinin iclasını keçirdiyini bildirib. Həmin iclasda hökumət İranın raket hücumuna qəti şəkildə cavab vermək qərarına gəlib. Lakin əvvəlcə ABŞ-la lazımi tənzimləmələri etməyə çalışacağını bildirib. “İsrail İranda strateji yerləri hədəfə almağə qərarlaşdırıb”.
Bu fonda əsas müzakirə mövzularından biri də odur ki, İsrail İranda hansı hədəfləri əsas götürəcək. Hələ 2008-ci ildə ABŞ-İran münasibətləri gərginbləşən zaman Pentaqonun hücum planı ortaya çıxmışdı. Daha sonra isə amerikalı generallar bu planın nə qədər real ola biləcəyini izah etmişdilər. Oradan məlum idi ki, təkcə Pentaqon deyil, onunla müttəfiq olan Qərb ölkələri eyni vaxtda İrana 20 min raket atmaq barədə razılaşıblar. Bu zaman əsas hədəflər isə İranın infrastrukturu və hərbi obyektləri olacaqdı.
Bu günlərdə isə İsrail mənbələri dolayısı ilə bildiriblər ki, onların İranda 52 istiqamətdə hədəfləri var. Həmin hədəflər neft zavodları, elektrik təminatı sahələri, bir sıra infrastrukturlar, habelə SEPAH-ın hərbi hissələri olacaq. Bundan başqa, İran rejiminin əsas dayaqları olan şəxslərin də hədəf olacağı gizlədilməyib.
Elə üç subminal mesajdan da aydın görünür ki, İsrail təkcə neft sahələrini deyil, həm də İran rejiminin başında duranları da sıradan çıxarmağı planlaşdırır.

Seçilən
6
tribunainfo.az

1Mənbələr