AZ

İran uçuş məhdudiyyətlərini aradan qaldırdı

İran hakimiyyəti oktyabrın 1-də İsrailə qarşı kütləvi raket hücumundan sonra ölkə ərazisində tətbiq edilən bütün uçuş məhdudiyyətlərini ləğv edib. 

News24.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou məlumat verib.

“Təhlükəsiz uçuşlar üçün bütün şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırıldı və aviaşirkətlərə səhər saat 5:00-dan etibarən uçuşları həyata keçirməyə icazə verildi”, - deyə Yazarlou bildirib. 

O əlavə edib ki, əvvəllər ləğv edilmiş bütün reyslər üçün biletlərin dəyəri sərnişinlərə ödəniləcək.

Teymur Məmmədov



Seçilən
8
2
news24.az

3Mənbələr