AZ

Husilər Təl-Əvivə PUA zərbələri endirib

Yəməndə yerləşən "Ənsar Allah" hərəkatının husi üsyançıları Təl-Əvivə PUA zərbələri endirib.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə qüvvələri həmin təyyarələri vura bilməyib. Bununla da əməliyyat uğurla tamamlanıb.

Xatırladaq ki, husilər Qırmızı və Ərəbistan dənizlərində, eləcə də Hind okeanında ticarət gəmilərinə hücum etmək üçün uçan və üzən dronlardan istifadə ediblər.

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
redaktor.az

1Mənbələr