AZ

Rusiya və Ukrayna ombudsmanları görüşə bilərlər

Qətər səfiri Rusiya və Ukrayna ombudsmanları arasında görüşü istisna etməyib...

Qətərin Rusiyadakı səfiri Əhməd bin Nasser bin Casim Al Tani bildirib ki, diplomatik departament Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə Ukraynanın İnsan Hüquqları üzrə Ombudsmanı Dmitri Lubinets arasında mümkün görüş məsələsini nəzarətdə saxlayır. O, hələlik mümkün danışıqların təfərrüatlarının olmadığını açıqlayıb.

Poliqon xəbər verir ki, səfir bu barədə “RİA Novosti” Agentliyinə danışıb.

“Hələlik konkret tarix yoxdur. Amma Qətər bu məsələni daim nəzarətdə saxlayır. Biz bu prosesi asanlaşdırmağa hər zaman hazırıq”, - deyə səfir bildirib.

Al Tan əlavə edib ki, Qətər hakimiyyəti Rusiya və Ukrayna arasında ailə birləşməsi probleminə böyük diqqət yetirir.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr