AZ

Sentyabrda hamını qabaqladı

İspaniya çempionatında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bu nominasiyanın qalibi “Atletik”i çalışdıran Ernesto Valverde olub. La Liqada ötən ayın ən yaxşı məşqçisi seçilən 60 yaşlı mütəxəssis Hans-Diter Flik (Barselona) və Karlo Ançelottini (Real) arxada qoyub.

Xatırladaq ki, “Atletik” ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə heç-heçə edib (1:1). Komanda hazırda 14 xalla turnir cədvəlində 5-ci yeri tutur.

Seçilən
10
football-plus.az

1Mənbələr