AZ

Deputat: BMT-nin 1960-cı ildə kolonial xalqlarla bağlı qəbul etdiyi sənəd indiyədək icra edilməyib

"BMT-nin Baş Assambleyası 17 dekabr 1960-cı ildə kolonial xalqlara müstəqillik verilməsi haqqında sənəd qəbul etsə də indiyədək icra edilməyib".

APA xəbər verir ki, bunu millət vəkili Nizami Səfərov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm Siyasəti" mövzusunda keçirilən konfransda söyləyib.

Onun qənaətincə ,2001-ci ildə Fransada "Quldarlığın Cinayət Hesab olunması" haqqında qanun qəbul edilsə də icra olunmayıb.

"Dekolonizasiyanın müasir diskursu hələ də dünyanın 17 nöqtəsində yaşayan əhali üçün məntiqi sonluğa çatmayıb. BMT-nin Baş Assambleyası 17 dekabr 1960-cı ildə kolonial xalqlara müstəqillik verilməsi haqqında sənəd qəbul etsə də indiyədək icra edilməyib. Fransa Parlamentinin deputatı uzun illər əvvəl bu ölkədə qul və quldarlığın cinayət kimi tanınması barədə qanun irəli sürmüşdü. 2001-ci ildə bu qanun qəbul edilsə də icra olunmayıb. Beynəlxalq hüquqda dəymiş ziyanın üç forması var. Onlardan ikisi kolonial əsarətdən azad edilmiş dövlətlərə aiddir. Burada beynəlxalq hüququn çox dəqiq yanaşması var. Sonradan Fransa məhkəmələrinə bu məsələ ilə bağlı müraciətlər təəssüf ki, müddətin keçməsi bəhanəsi ilə rədd edilmişdi. İnsan hüquqlarını əhəmiyyətli şəkildə pozan və cinayət sayılan işlərə beynəlxalq hüquqda heç bir müddət tətbiq edilmir. Bu gün biz Fransada və digər Avropa ölkələrində Afrika ölkələrindən çıxarılan miras qalmaqdadır və onların geri qaytarılması üçün hər hansı tədbir görülmür. Cari ilin iyununda Vladivostokda keçirilən mühüm tədbirdə Kolonializmlə Mübarizə üzrə Komitə təsis edilib. Noyabr ayında bu komitənin mühüm tədbiri keçiriləcək".

Seçilən
21
apa.az

1Mənbələr