AZ

Tehran aeroportu fəaliyyətini bərpa edib

Tehranın “Mehrabad” hava limanı uçuş məhdudiyyətlərinin aradan qaldırılmasından sonra fəaliyyətini bərpa edib...

Poliqon xəbər verir ki, İranın İsrail ərazisinə raket hücumu ilə bağlı Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar uçuşlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra İranın paytaxtı “Mehrabad” Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Bir gün əvvəl ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerlu bildirmişdi ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İran üzrə bütün uçuşlar cümə axşamı səhərə qədər təxirə salınıb.

“Mehrabad Beynəlxalq Hava Limanı uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra uçuşları bərpa edib”, deyə Agentliyin açıqlamasında bildirilir.

Poliqon.info

Seçilən
7
23
poliqon.info

10Mənbələr