AZ

İsveç klubunun prezidenti: "Qarabağ" böyük avrokubok təcrübəsinə malik keyfiyyətli komandadır

İsveç

Bakı, 3 oktyabr, AZƏRTAC

"Bu gün bizi çox çətin oyun gözləyir. Buradan üç xalla qayıtmaq istəyirik. Komandama inanıram”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında İsveçin "Malmö" klubunun prezidenti Anders Palsson UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib: "Rəqibimiz ilk turda "Tottenhem"ə qarşı səfər matçında yaxşı mübarizə apardı. Qol fürsətləri çox olsa da, dəyərləndirə bilmədilər. Sadəcə, həmin gün bəxt "Qarabağ"ın yanında deyildi".

Funksioner Ağdam klubunu texnikalı komanda adlandırıb: "Qarabağ" komanda şəklində müxtəlif komponentlərdə yaxşı təsir bağışlayır. Sürətli oyunçuları var və bunun sayəsində hücumlara daha tez çıxırlar. Həmçinin böyük avrokubok təcrübəsinə sahibdirlər. Həqiqətən də “Qarabağ” çox keyfiyyətli komandadır”.

Anders Palsson komandasının Avropa Liqasındakı şanslarını da dəyərləndirib: "Fikrimcə, hər oyunda qalib gələ bilərik. Çünki komandanın Çempionlar Liqası, eləcə də Avropa Liqasında böyük təcrübəsi var. Bu gün də "Qarabağ"la oyunda ən yaxşı nəticə üçün çalışacağıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək.

 

Seçilən
17
5
azertag.az

6Mənbələr