AZ

Bakıda EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Bakıda Hesablama Palatasının ev sahibliyi ilə EUROSAI-ın (Ali Audit Orqanlarının Avropa Təşkilatı) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.

“İki sahil” xəbər verir ki, toplantıda 19 ölkənin ali audit orqanının 50-dən çox nümayəndəsi iştirak edir.

Toplantı zamanı beynəlxalq AAO ictimaiyyəti tərəfindən “Fəlakətlərə hazırlığın dəstəklənməsi”, “Ekstremal hadisələri başa düşmək, uyğunlaşmaq və təsirin azaldılması ilə bağlı fikirlər”, “Səhralaşma, meşə və çöl yanğınları ilə mübarizədə əlaqələndirilmiş audit”, “Milli parklarda yanğından mühafizə” və s. mövzularda müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu rəsmi olaraq EUROSAI-ın 1999-cu ildə keçirilmiş 4-cü Konqresinin qərarı ilə yaradılıb. Qrupun əsas məqsədi peşəkar əməkdaşlığı təşviq etmək və dəstəkləmək, bilik və təcrübə mübadiləsini təşviq etməkdir.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr