AZ

UAZ Avro-5 mühərrikə qayıtdı və bahalaşdı

Ukrayna ilə müharibə Rusiyanın avtomobil sənayesi üçün ağır imtahan oldu.

Avtosfer.az xəbər verir ki, elektron detalların təchizatı dayanması ilk növbədə mühərrik istehsalını iflic etdi. Zavodlar sovet dövrünün ekoloji normalarına qayıtdı. İndi isə vəziyyət yaxşıya doğru dəyişir. 

UAZ geniş yayılmış “Hunter” modelinin artıq Avro-5 ekoloji standartına keçdiyini açıqlayıb. Avtomobil ZMZ 409 mühərriki və Çin istehsalı olan sürət qutusu ilə təchiz edilir. Mühərrikin gücü isə dəyişməz qalıb – 122 at qüvvəsi.

Yeni mühərrikə görə avtomobilin qiyməti də bahalaşıb.

Vüqar Yaşaroğlu

Seçilən
8
avtosfer.az

1Mənbələr