AZ

Türkiyə TŞ-də Azərbaycan- Ermənistan və İran- İsrail münasibətləri müzakirə olunacaq

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq.

Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq.

Bundan başqa, toplantıda Azərbaycanla- Ermənistan arasında münasibətlər barədə də fikir mübadiləsi aparılacaq.

Həmçinin Şərqi Avropada davam edən müharibə və terrorla mübarizə də gündəlikdədir.

Seçilən
8
6
azpolitika.info

10Mənbələr