AZ

“ACWA Power” şirkəti COP29-un Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib

Bakı. Trend

Elektrik enerjisi və mineralsızlaşdırılmış su stansiyalarınınlayihəçisi, investoru və operatoru - “ACWA Power” şirkəti COP29tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib. Butərəfdaşlıq “ACWA Power” şirkətinin bərpa olunan enerji sahəsindədayanıqlı təcrübələri tətbiq etmək öhdəliyinə sadiqliyiningöstəricisidir.

Şirkət həmçinin enerji sektorunda gələcəyi düşünən lider kimidayanıqlı və məsuliyyətli təcrübələri tətbiq etməyə sadiq qalaraqYaşıl Zonada iştirak edəcəyini təsdiq edib. Şirkətin məqsədi qlobalenerji sənayesində çalışan həmkarları, eləcə də potensialtərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaqvə enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikalplatformadan yararlanmaqdır.

Dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan“ACWA Power” şirkəti yaşıl hidrogen sənayesində novatorçu və qlobalenerji keçidi üzrə liderdir. 2004-cü ildə Ər-Riyad şəhərində təsisedilmiş “ACWA Power” şirkəti həmin dövrdən bəri 4000-dən çox insanıişlə təmin edib. Hazırda isə şirkət Yaxın Şərq, Afrika, MərkəziAsiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Özstrategiyalarını BMT-nin iqlim hədəflərinə uyğunlaşdıran “ACWAPower” şirkəti enerjidən səmərəli istifadəni artırmaq, suresurslarından rasional istifadəni təmin etmək və ətraf mühitətəsiri minimuma endirmək üçün qlobal səviyyədə innovativ bərpaolunan enerji layihələrini həyata keçirir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un rəsmitərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərinigenişləndirəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və özəsas biznes sahələrində iqlim fəaliyyətini dəstəkləmiş olacaqlar.Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlərekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50Chədəfi baxımından qlobal icmalara dəstək göstərilməsindəoynadıqları mühüm və həlledici rolu nümayiş etdirə biləcəklər.

Özəl sektor təşkilatları üçün xüsusi məkan olaraq, COP29-unYaşıl Zonasında iqlim yönümlü həll variantlarını nümayiş etdirənbir sıra qlobal şirkətlər iştirak edəcək. Təqdimatlar, seminarlarvə qarşılıqlı əlaqələrin qurulması da daxil olmaqla, təşkilatlarburada müxtəlif proqramlar vasitəsilə öz əlaqələrini və iqlimfəaliyyətlərini genişləndirə biləcək. İştirakçı şirkətlər dahageniş tanınma, əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçünteatral auditoriya yerləri olan konfrans və müxtəlif görüşotaqlarından istifadə edərək öz tədbirlərini keçirə biləcəklər.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətininsədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “ACWA Power”şirkətinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaş elanedilməsi ilə bağlı bunları bildirib:

“Böyük məmnuniyyətlə bildirirəm ki, “ACWA Power” şirkətiAzərbaycanda keçiriləcək COP29 tədbirinin enerji və su məsələləriüzrə rəsmi tərəfdaşı seçilib. Bu konfrans qlobal iqlimsiyasətlərinin formalaşdırılması və dayanıqlı gələcək üçünəməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.“ACWA Power” şirkətinin qlobal enerji keçidində misilsiz rolu bumüzakirələrə əhəmiyyətli dərəcədə töhfə verəcək. ŞirkətinAzərbaycanın bərpa olunan enerji layihələrinin idarə edilməsində, ocümlədən 240 MVt-lıq Külək Elektrik Stansiyasınınreallaşdırılmasında fəal iştirakı xüsusilə diqqətəlayiqdir vəregionda bərpa olunan enerji həllərinin irəliləyişinəsadiqliklərini nümayiş etdirir. Digər tərəfdaşlarımızla yanaşı,“ACWA Power” şirkəti müzakirələrin aparılması və mükəmməlliyinnümayiş etdirilməsində əsas rol oynayacaq. Biz effektiv iqlimfəaliyyətləri üçün “ACWA Power” şirkəti ilə birlikdə işləməyisəbirsizliklə gözləyirik".

COP29 tərəfdaşlığını elan edən “ACWA Power” şirkətininbaş icraçı direktoru Marko Arselli qeyd edib:

“Biz “ACWA Power” şirkəti olaraq inanırıq ki, bu qlobalproblemin öhdəsindən gəlmək üçün planetimizin su və enerji ilətəchizatında mühüm dəyişikliklərin tətbiqi tələb olunur. Həmçinin,etibarlı, rəqabətədavamlı və dayanıqlı təchizatı təmin etməklə, bizqazıntı yanacağından enerjiyə keçidi daha da sürətləndirməliyik.Məhz bu məsələni diqqət mərkəzində saxlamaqla, biz “xalis sıfır”hədəfinə və uzunmüddətli iqlim ambisiyalarına töhfə verən həlləriədalətli və inklüziv şəkildə təqdim edirik. COP29-un Azərbaycandakeçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İllər öncə AzərbaycanAvropanın aşağı karbonlu, təhlükəsiz və difersifikasiyalı həllərtəklif edən etibarlı qaz təchizatçısı oldu. Bu gün isə ölkə yeniyaşıl enerji mənbələri və yaşıl molekullar üzrə Mərkəzi Asiya vəAvropa arasında körpü rolunu oynamaq potensialına malikdir.Sözügedən yaşıl enerji mənbələri və yaşıl molekullar isə “ACWAPower” şirkətinin qlobal miqyasda ən rəqabətədavamlı qiymətə və ənyüksək etibarlılığa nail olduğu texnologiyalardır. Öz təcrübəmizibölüşmək istəyi ilə yanaşı, biz bu məqsədi dəstəkləyərək dayanıqlıgələcək qurmağı təklif edirik. Qurduğumuz həmin gələcəkdə təmizenerji sadəcə istək yox, həm də daha yaxşı sabahın təməliolacaq!”

Azərbaycanda keçiriləcək COP29-un Yaşıl Zonasında iştirak etməkhələ də mümkündür.

Yaşıl Zona haqqında əlavə məlumat: COP29 Yaşıl Zonası | 11 - 22 noyabr2024

Seçilən
6
6
az.trend.az

7Mənbələr