AZ

“Quterreşin persona "non-qrata" elan edilməsi Yaxın Şərqdə sülhə kömək etməyəcək” - Zaxarova

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin persona "non qrata" elan edilməsi İsrailin suveren qərarıdır, lakin bu, Yaxın Şərqdə sülhün əldə olunmasına kömək etməyəcək”. 

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RTVI”ya müsahibəsi zamanı deyib.

“Persona "non-qrata" elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək”, - deyə siyasətçi vurğulayıb.

Zaxarova qeyd edib ki, hazırkı vəziyyətdə məsuliyyət BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq böhranı ilə bağlı “birdən çox qətnamə layihəsini” bloklayan ABŞ-nin üzərinə düşür. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr