AZ

İranın hər yerində uçuşlar təxirə salındı

Təhlükəsizlik səbəbi ilə bütün İran üzrə uçuşlar oktyabrın 3-ü səhərədək təxirə salınıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlouya istinadən Tasnim agentliyi məlumat yayıb.

“Təhlükəsizlik və regional vəziyyətə görə sabah səhər saat 05:00-a qədər ölkə üzrə bütün uçuşlar təxirə salınıb.

Oktyabrın 1-də İran İsrailə 180-dən çox raket atıb və onların əksəriyyəti, İsrail tərəfinin məlumatına görə, vurulub. İran da öz növbəsində ölkə silahlı qüvvələrinin ilk dəfə “Fəttah” raketlərindən istifadə etdiyini və atdığı raketlərin 90%-nin hədəflərinə dəydiyini açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 1-də Tehranın zərbəsinə cavab verəcəyini vəd edərək bildirib ki, İran “böyük səhv edib və bunun əvəzini ödəyəcək”.

İran da öz növbəsində xəbərdarlıq edib ki, İsrail cavab tədbirləri görsə, Tehranın cavabı daha amansız olacaq. İran həmçinin hər hansı üçüncü tərəfə münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edib.

Seçilən
7
veteninfo.az

1Mənbələr