AZ

Bakıda XI sinif şagirdi öldürüldü - TƏFƏRRÜATLAR

Bakıda məktəbli bıçaqlanıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də saat 15:30 radələrində baş verib.

 

Hadisə zamanı 71 nömrəli məktəbin XI sinif şagirdi qətlə yetirilib. Hadisəni törədən şəxs məktəbli deyil, o, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

 

Bıçaqlanma hadisəsinin məktəbdə baş vermədiyi bildirilir. Hadisə dərsdənkənar vaxtda baş verib.

***

08:56

 

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb.

 

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
0
24
modern.az

10Mənbələr