AZ

Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti müəyyənləşir

Hakimlərin Seçki Komitəsinin üzvlərinin səlahiyyət müddəti müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərin sənədlərini toplayacaq, bu şəxslər üçün şəffaf surətdə test imtahanı, yazılı imtahan və müsahibə təşkil edəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərin sənədlərini toplayır, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahan təşkil edir, hakim vəzifəsinə namizədləri ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığını müəyyən edir.

Seçilən
13
2
apa.az

3Mənbələr