AZ

Lənkəran və Beyləqanda narkotikə görə iki nəfər tutulub

Lənkəran

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla bildirir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

***

Beyləqan Rayon Polis Şöbəsinin əməliyyatı nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Balaməmməd Abbasov saxlanılıb.

Reyting.az
xəbər verir ki, ondan 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. B. Abbasov ifadəsində narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
Seçilən
16
reyting.az

1Mənbələr