AZ

Ruslar Uqledarı işğal etdi: növbəti hədəf haradır?

Rus qoşunları həqiqətən Uqledar istiqamətində üstünlüyə malik idi, ona görə də Ukrayna Silahlı Qüvvələri geri çəkilməli oldu.

Aktual.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib.

Onun sözlərinə görə, indi düşmən dominant yüksəkliklərə nəzarət edəcək və ukraynalı müdafiəçilər faktiki olaraq möhkəmləndirilmiş mövqelərə çəkilməli olacaqlar:

"Sonra hər şey düşmənin hərəkətlərinin xarakterindən asılı olacaq. Onlar yəqin ki, şimal-qərbə doğru hücumlarını davam etdirəcəklər və bu istiqamətdən Kuraxovoya doğru hərəkət edəcəklər".

Qeyd edək ki, rus ordusu Donetsk vilayətinin Uqledar şəhərini tamamilə işğal edib.

Seçilən
1
3
ulusum.az

4Mənbələr