AZ

Abşeron Rayonunda Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə bir sıra onlayn təlimlər keçirilib - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Uşaq Səfirlər Məclisinin fəal üzvləri bir sıra maarifləndirici onlayn təlimlər təşkil ediblər. Təlimlər müxtəlif mövzulara həsr olunub və gənc nəsilin bilik və bacarıqlarının artırılmasına yönəlib.

QHT.az xəbər verir ki, Zəhra Əliyevanın təşəbbüsü ilə "Üzeyir Hacıbəyli kimdir?" adlı təlim keçirilib. Təlimdə iştirakçılar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat alıblar.

Ayan Səlimlinin təşəbbüsü ilə təşkil olunan "Ekologiyamızı nə üçün qorumalı?" mövzusundakı təlimdə gənclərə ətraf mühitin qorunmasının vacibliyi və ekologiyanın mühafizəsi üçün görüləcək tədbirlər haqqında danışılıb.

Zabitə İsmayıllının təşəbbüsü ilə keçirilən "Vaxtımızın səmərəli təşkili" adlı təlim isə gənclərə vaxtın düzgün idarə olunması və məhsuldarlığın artırılması yolları barədə faydalı məsləhətlər verib.v

Seçilən
16
qht.az

1Mənbələr