Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın rayonun Çinarlı qəsəbəsində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 8 otaqlı evdə başlayıb.
Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin texnikası və əməkdaşları cəlb olunub.
Evin yanar konstruksiyalarının 90 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub və söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Məqsəd Rəgimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta