AZ

“Helen” 175 nəfərin ölümünə səbəb olub

“Helen” tropik qasırğası ABŞ-da 175 nəfərin ölümünə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb. Qeyd olunub ki, təbii fəlakət nəticəsində Şimali Karolina ştatında 90, Cənubi Karolinada 36, ​​Corciyada 25, Floridada 14, Tennessidə 8, Virciniyada 2 nəfər ölüb.

ABŞ Daxili Təhlükəsizlik Naziri Alexandro Mayorkas Helen qasırğanın nəticələrinin aradan qaldırılması prosesinin illər çəkəcəyini və son dərəcə bahalı olacağını açıqlayıb.

Seçilən
5
3
ikisahil.az

4Mənbələr