AZ

Səfirlər BMT-də qarşılıqlı ittihamlar səsləndiriblər

Səfirlər

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Denni Danon və İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın mənzil-qərargahında İranın İsrail ərazisinə raket hücumu ilə bağlı ardıcıl açıqlamalar veriblər.

Reyting.az
-ın məlumatına görə, İranın keçmiş HƏMAS lideri İsmayıl Haniyə və “Hizbullah” lideri Həsən Nəsrullahın qisasının almasının “müdafiə məqsədi daşımadığını” bildirən İsrailin səfiri elan edib ki, bu, mülki əhaliyə qarşı hesablanmış hücumdur.

Denni Danon qeyd edib ki, İrandan fərqli olaraq İsrailin cavabı beynəlxalq hüquqa tam uyğun olacaq. Onun sözlərinə görə, İran İsrailə hücumundan sonra BMT Təhlükəsizlik Şurasına məktub göndərmək “cəsarətinə malik olub” ki, bunu da təkəbbür kimi qiymətləndirmək lazımdır.

Danondan sonra çıxış edən İran nümayəndəsi İrəvani deyib: “İranın cavabı tarazlığı və çəkindiriciliyi bərpa etmək üçün lazım idi. İsrailin bütün təcavüzkar hərəkətlərinin nəticələri olacaq”.

ELÇİN
Seçilən
28
reyting.az

1Mənbələr