AZ

Voronejdə Jirinovskinin Xatirə Xiyabanı tarmar edilib

Xiyabanı dağıdanlar onlarla ağcaqayını qoparıb sındırıblar...

Voronejdə bir qrup bilinməyən şəxs Rusiya Liberal Demokrat Partiyasının mərhum lideri Vladimir Jirinovskinin Xatirə Xiyabanını dağıdıb,

Poliqon xəbər verir ki, bu barədə Voronej xəbər portalı LDPR üzvlərinə istinadən məlumat yayıb.

LDPR üzvlərinin bildirdiyinə görə, hücum edənlər iki il əvvəl xiyabanda əkilmiş onlarla ağcaqayını torpaqdaç çıxarıb çıxarıb sındırıblar.

Jirinovskinin adı yazılmış xatirə lövhəsi də təhqir edilib.

Faktla bağlı polisə məlumat verilib və poliqs vandalları axtaracaqlar.

Jirinovskinin Xatirə Xiyabanı Voronej şəhərinin Kominternovski rayonundakı Moskva meydanının ərazisində yerləşir.

LDPR-nin qurucusu 2022-ci il aprelin 6-da 76 yaşında Moskvada xəstəxanalardan birində müalicə aldığı vəfat edib. Siyasətçi ağır və uzun sürən xəstəlikdən sonra ölüb.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr