AZ

Sərxoş çinli pitonu boğmağa çalışıb, amma uduzub...

Çində piton onunla döyüşmək qərarına gələn sərxoş kişini az qala boğub...

Çində pitonla döyüşmək qərarına gələn sərxoş kişini ilandan çətinliklə xilas etməyə vaxt tapıblar.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Metro” nəşri yazır. Hadisə Honq-Konqun şimalındakı Huizhou şəhərində baş verib.

Qurban həddən artıq sərxoş olduğu üçün pitonun "qucağına" necə düşdüyünü deyə bilməyib, lakin dostları meyxanadan evə qayıdarkən yolda uzunluğu iki metrdən çox olan ilanla rastlaşdıqlarını bildiriblər.

“Özünü daha cəsarətli hiss edən sərxoş oğlan dostlarının qarşısında böyük pitonu boğmağa qərar verib. Lakin sürünən ona qalib gəlib və onu möhkəm sıxıb. Oğlanı ancaq dostları tərəfindən çağırılan yanğınsöndürənlər xilas edə bilib”, deyə xəbərdə bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər gəliblər ki, xilac edolən oğlan artıq hərəkət edə bilməyib. Piton çantaya atılıb və ertəsi gün sərbəst buraxılıb.

Kişi xəstəxanaya yerləşdirməkdən imtina edib və hadisə yerindən qaçıb.

Qeyd edək ki, sentyabr ayında Tailandda bir qadın nəhəng pitonla iki saat döyüşüb və sağ qalıb.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr