AZ

Yüzillik sirr açıldı: Alimlər ilk dəfə metalın necə su yaratdığını gördülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tədqiqatçılar ilk dəfə nadir metalın su yaratdığını görə biliblər və hətta bunu videoya çəkiblər.
Oxu.Az-ın focus.ua-ya istinadla verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.
Bildirilib ki, proses palladium metalının suyun yaranması üçün katalizator kimi necə işləyə biləcəyini öyrənərkən məlum olub. Alimlər hidrogen və oksigen atomlarının birləşərək nanomiqyasda kiçik su qabarcıqları əmələ gətirməsi prosesini müşahidə ediblər.
Beləliklə, elm adamları palladium vasitəsilə suyun necə əmələ gəldiyini öyrəniblər və hətta bu prosesi sürətləndirə biliblər.
Onların sözlərinə görə, bu kəşf təkcə Yerdə deyil, həm də kosmosda su istehsalı üçün uzunmüddətli nəticələrə malikdir.
Seçilən
12
2
oxu.az

3Mənbələr