AZ

İRƏVANDA YENƏ GƏRGİNLİK YAŞANIR –Qalstanyan və tərəfdarları İctimai Televiziyanın binasına doğru yürüş ediblər

Bu arada Ermənistanın İctimai Televiziyasından yazılı açıqlama yayaraq “Müqəddəs mübarizə” hərəkatının liderlərindən hər hansı birini müsahibə üçün qəbul etməyə hazır olduqlarını bildiriblər. 

 

Senzor.az bildirir ki, İctimai Televiziyanın yanında Qalstanyan tərəfdarları ilə məsləhətləşdikdən sonra bu təklifi qəbul etdiyini açıqlayıb.

İctimai Televiziya binasının qarşısı


**21:32 (02.10.2024)


İrəvanın Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə mitinq keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqə qiyamçı keşiş Baqrat Qalstanyan rəhbərlik edib.

 

Onun liderlik etdiyi "Müqəddəs mübarizə” müxalifət hərəkatının tərəfdarları Paşinyanın əleyhinə şüarlar səsləndiriblər.

 

Xatırladaq ki, Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.

 

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

 

Mitinq zamanı Qalstanyan ölkədəki bütün siyasi qüvvələri qorxu və təkəbbürü bir kənara atıb başqalarının əlində alət yox, siyasi xadim olmağa çağırıb

 

Mitinqin sonunda arxiyepiskop toplaşanları Ermənistan İctimai Televiziyasının binasına doğru yürüş etməyə və onlara efir vaxtının verilməsini tələb etməyə çağırıb.

 

Paşinyan hökuməti isə İctimai Televiziyanın binasına polis bölmələri cəlb edib.


Seçilən
38
senzor.az

1Mənbələr