AZ

İran səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Almaniya Xarici İşlər Nazirliyi Tehranın İsrailə hücumu ilə əlaqədar İran səfirini çağırıb.

Bizim.Media xəbər verir ki, səfir Berlində olmadığı üçün onun nümayəndəsi görüşdə iştirak edib.

Almaniya İranın İsrailə raket hücumunu kəskin şəkildə pisləyib və Tehranı bölgədəki müttəfiqləri də daxil olmaqla, hücumları dayandırmağa çağırıb.

Bundan əlavə, Almaniya XİN öz vətəndaşlarına mövcud vəziyyətlə bağlı İranı tərk etməyi və ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.

Qeyd edilib ki, iyulun 24-də Hamburqda İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyulduqdan sonra Almaniya vətəndaşları və ikili vətəndaşlığı olan şəxslər üçün İranda təhlükə artıb.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr