AZ

“Azesteel Company”nin rəhbərinə stop qoyula bilər

Ötən ilin may ayında “Azesteel Company” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri seçilən Abdullayev Nəvahid İsmayıl oğlunun ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəvahid Abdullayev ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə şikayət verilib.

Məhkəmədə Nəvahid Abdullayev barəsində “Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” iddia qaldırılıb.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Baxış iclası 11.10.2024-ci il tarixinə təyin edilib.

Qeyd edək ki, Nəvahid Abdullayev “Bığır Supply Company” MMC-nin də qanuni təmsilçisidir

Seçilən
2
4
nocomment.az

5Mənbələr