AZ

Seçki kampaniyası üçün ailə “icarəyə götürdü”

ABŞ-da namizədlərin ailələrinin yer aldığı reklamlar çoxdan seçki kampaniyasının əsas elementi hesab olunur. Lakin reproduktiv hüquqların əsas məsələyə çevrildiyi bir ildə bu mövzu xüsusilə həssas respublikaçılar üçün yeni aktuallıq qazanıb.


Sfera.az bildirir ki, bu seçkilərdə ABŞ Konqresinə Virciniyadan namizədliyini irəli sürən və seçki reklamında dostunun ailəsindən istifadə edən respublikaçı Derrik Anderson gündəm olub.
 

Derrik Anderson videoda dostunun həyat yoldaşı və uşaqları ilə çəkilib. Respublikaçıların sözçüsü bildirib ki, bu, namizədin müxtəlif yaş və cinslərdən olan tərəfdarları ilə çəkilmiş standart şəklidir.


Keçmiş hərbçi Anderson videoda bir qadın və üç qızı ilə çəkilib. Videoda onların nahar süfrəsi arxasında birlikdə gülümsəməsi və söhbət etməsi səhnələri əks olunub.
 

Lakin məlum olub ki, bu, onun ailəsi deyil, köhnə dostunun həyat yoldaşı və uşaqlarıdır. Andersonun öz övladı yoxdur. O, bu yaxınlarda nişanlandığını elan edib, təşviqat saytında itlə yaşadığı bildirilir.


Qeyd edək ki, bu video hələ reklamda istifadə edilməyib. Bunu namizədin rəsmi YouTube kanalında və Respublikaçı Milli Komitə ilə əlaqəli internet saytında görmək olar.
 

Andersonun sözçüsü medianın tənqidini rədd edib və söz-söhbətlərin seçiciləri qəsdən çaşdırmağa yönəlik olduğunu bildirib. Onun sözlərinə görə, siyasətçi nişanlıdır və ailəsi ilə fəxr edir.
 

Bu arada, Kaliforniyalı Demokrat Ted Lieu respublikaçı Andersonu seçiciləri aldatmağa çalışmaqda günahlandıraraq, sosial şəbəkələrdə onu "ailəsini icarəyə götürən adam" adlandırılmağa başlayıb.

 

Aynil
Sfera.az

 

Seçilən
19
sfera.az

1Mənbələr