AZ

Neslihan Atagül: Oğlum olacağını hiss edirəm

Neslihan Atagül və Kadir Doğulunun "Fatih Harbiye" serialındakı dostluğu zamanla sevgiyə çevrilib və 2016-cı ildə evləniblər.

News24.az xəbər verir ki, bir müddət əvvəl "Gecenin Ucunda" serialında baş rolları paylaşan məşhur cütlük ötən aylarda körpələri ilə bağlı müjdə alıb.

Neslihan Atagül hamilə olduğunu "Bu "xoşbəxtliyi" bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdı... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq" sözləri ilə açıqlayıb.

İtaliyada qatıldığı proqramda körpəsinin cinsiyyətini açıqlayan Neslihan Atagül onun oğlu olacağını bildirib.

Həyəcanları günü-gündən artan və oğluna qovuşmaq üçün gün sayan məşhur aktrisa ilk dəfə keçirdiyi hisslərdən danışıb.

Atagül "Çox xoşbəxtik, şükürlər olsun ki, əhval-ruhiyyəmiz yaxşıdır. Açığı, çox şey demək olmaz" dedi.

Günel Məlikzadə


Seçilən
96
1
news24.az

2Mənbələr