AZ

Meksikanın ilk qadın prezidenti vəzifəsinin icrasına başladı

Paytaxt Mexikoda Konqres binasında Meksikanın ilk qadın prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimi keçirilib.

News24.az xəbər verir ki, mərasimdə dövlət başçıları, baş nazirlər, diplomatlar və ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden də daxil olmaqla, əksəriyyəti Latın Amerikası ölkələrindən olan 100-dən çox xarici nümayəndə iştirak edib.

İyunun 2-də keçirilən seçkilərdə səslərin 59,76 faizini toplayan Şeynbaum San Lazaro qanunvericilik sarayında and içib.

Günel Məlikzadə


Seçilən
1
1
news24.az

3Mənbələr