AZ

BMT baş katibinin müavini Azərbaycanda keçiriləcək COP29 sammiti öncəsi hazırlıq tədbirlərində iştirak edəcək

Bakı. Trend:

BMT baş katibinin müavini Əminə Məhəmməd COP29 tədbirlərinəhazırlıq məqsədilə keçiriləcək iclaslarda iştirak etmək üçünAzərbaycana səfər edəcək.

Trend-in verdiyiməlumata görə, bu barədə BMT baş katibinin mətbuat katibi StefanCüjarrik bildirib.

O qeyd edib ki, Əminə Məhəmməd İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öncəsihazırlıq iclasında (PreCOP) iştirak edəcək və tədbir çərçivəsindəmüxtəlif dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.Həmçinin, Bakıda Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə dəgörüşərək COP danışıqlarını müzakirə edəcək. O, oktyabrın 11-dəNyu-Yorka geri dönəcək.

PreCOP tədbiri 10-11 oktyabr tarixlərində Azərbaycanda baştutacaq. Qeyd edək ki, PreCOP adlanan bu hazırlıq iclasları, hərilki COP sammitindən təxminən bir ay əvvəl təşkil olunur və əsasməqsədi gələcək danışıqlar üçün siyasi tövsiyələr vermək məqsədiləqeyri-rəsmi forum yaratmaqdır.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
9
1
az.trend.az

2Mənbələr