AZ

İsrail İranın “fantaziyalarını lağa qoydu: bir dənə də olsun təyyarəmiz zədələnməyib

İsrail İranın raket zərbəsinə cavab verməyə hazırlaşır. KİV-in məlumatına görə, israillilər İranın hərbi bazalarını, neft-qaz infrastrukturunu və hətta nüvə obyektlərini hücum hədəfi kimi nəzərdən keçirirlər.

Bu arada, “Axios” portalının məlumatına görə, ABŞ İsraili Yaxın Şərqdə böyük müharibəyə səbəb olacaq dağıdıcı cavabdan çəkindiməyə çalışır.

İranın İsrailə raket hücumu başa çatandan dərhal sonra İranın informasiya resursları öz uğurları barədə məlumat vermək üçün bir-biri ilə yarışmağa başlayıb. İsrail ərazisindəki hədəflərin 80%-i vurulub, İsraildə dağıntılar və yanğınlar olub, raketlər İsrail ərazisindəki qaz platformalarını vurub, İsrailin Aşkelon, Nevatim aviabazasında 20-dən çox İsrail F-35 təyyarəsi məhv edilib vəs.

İsrail mediası buna “İran fantaziyaları” adalandıraraq lağ etməklə cavab verib. Rəsmi İsrail mənbələri yalnız bir itki – İordan çayının qərb sahilində bir fələstinlinnin həlak olduğunu bildirib. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti isə həmvətənlərini arxayınlaşdıraraq, Hərbi Hava Qüvvələrinin bir dənə də olsun təyyarəsinin zədələnmədiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr