AZ

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

ABŞ hakimiyyəti Ukrayna sakinlərinə və onların arasından olan qaçqınlara humanitar yardım göstərmək üçün 237 milyon dollar ayırmaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin saytında dərc edilmiş məlumatda deyilir.

“ABŞ Dövlət Departamenti vasitəsilə münaqişədən təsirlənmiş əhalinin ən həssas qruplarını dəstəkləmək üçün əlavə humanitar yardım üçün 237 milyon dollar ayırır."

Bəyanatda bunun tərəfdaşlara qışa hazırlıq da daxil olmaqla həyati əhəmiyyətli yardım göstərməsinə kömək edəcəyi iddia edilir.

Söhbət, xüsusilə, ərzaq və mənzil təminatından gedir.

Bundan əlavə, agentlik Ukraynada fiziki reabilitasiya sisteminin potensialının gücləndirilməsi üçün 13 milyon dollar ayırıb.

Seçilən
15
2
operativmedia.az

1Mənbələr