AZ

İsrail ordusunun Livandakı itkiləri AÇIQLANDI

Livanla sərhəddə, "Hizbullah" silahlı qüvvələri ilə toqquşmalarda həlak olan İsrail hərbçilərinin sayı 14-ə çatıb.

Belə məlumatı "Sky News Arabia" yayıb.

Telekanalın məlumatına görə, "Hizbullah" döyüşçülərinin Xirbet Yarun kəndi yaxınlığındakı sərhəddə yerləşdirdiyi piyada əleyhinə minanın partlamasından sonra ölənlərin sayı artıb.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti çərşənbə günü Eqoz xüsusi təyinatlı dəstəsinə komandirlik edən kapitan Eytan İshak Osterin Livanın cənubunda həlak olduğunu bildirib.

Mənbə: oxu.az

Seçilən
18
oxu.az

1Mənbələr