AZ

Neftin qiyməti 50 dollara düşə bilər

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib ki, OPEC+ ölkələri razılaşdırılmış hasilat limitlərinə əməl etməsələr, neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər. 
 
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
 
Xəbərdarlıq bir sıra ölkələrə, o cümlədən İraqa ünvanlanıb. Ər-Riyad alyans qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
 
Hazırda OPEC+ gündəlik neft hasilatını ümumilikdə 5,86 milyon barel azaldır ki, bu da qlobal enerji tələbatının təxminən 5,7%-nə uyğundur. Dekabrdan etibarən alyans hasilatı sutkada 180 min barel artırmaq niyyətindədir.
 
Bu arada neft üçüncü rübü ilin ən böyük enişi ilə başa vurub. Yanacağın qiyməti 17% azalaraq barrel üçün təxminən 70 dollara düşüb.
Seçilən
0
1
moderator.az

2Mənbələr