AZ

Azərbaycanda valyuta hərraclarında - DOLLAR SATIŞI 3 DƏFƏ ARTIB – RƏSMİ

2024-cü ildə Dövlət Neft Fondunun təşkil etdiyi valyuta hərraclarında satılan dollar kütləsinin həcmi 2023-cü illə müqayisədə təqribən 3 dəfə artıb.

FED.az xəbər verir ki, bu artım yanvar-sentyabr ayları üzrə qeydə alınıb.

Neft Fondu 2024-cü ilin sentyabr ayı üzrə valyuta hərraclarında satılan dollar həcmini açıqlayıb. Fondun məlumatınva görə, ötən ay hərraclarda 732 milyon dollar satılıb. Bu ötən ilin sentyabr ayı ilə müqayisədə 4,4 dəfə artıqdır.

Ümumiyyətlə sentyabr ayında valyutu hərraclarında satılan valyuta həcmi ilin əvvəlindən başlanan dollar rallisini davam etdirib.

Belə ki, bu il valyuta satışı ötən illə müqayisədə təqribən 3 dəfə artıb. 2023-cü ilin ilk 9 ayında 2,1 milyard dollar satıldığı halda, 2024-cü ilin eyni dövründə valyuta satışı 5,7 milyard dolları keçib.

2024-cü ildə dollar satışı elə ilin əvavəlindən, yanvardan başlayıb – 417 milyon dollar və ya əvvəlki yanvardan 2,2 dəfə artıq.

2024-cü ildə yalnız mart ayında dollar satışı 2023-cü illə müqayisə oluna bilər. Qalan bütün aylarda dolların satışı əvvəlki ildən dəfələrlə artıq olub.

Fevralda dollar satışı əvvəlki ildən 2,5 dəfə, apreldə 2,2 dəfə, mayda 2 dəfə, iyunda isə 5 dəfə, iyulda isə 3 dəfə artıq olub. Avqust ayında dollar satışı növbəti rekord vurub – 763 milyon dollar və ya əvvəlki ildən 8 dəfə artıqdır.

 

2023

2024

Yanvar

188,5 milyon dollar

417,0 milyon dollar

Fevral

356,6 milyon dollar

920,5 milyon dollar

Mart

383,9 milyon dollar

498,3 milyon dollar

Aprel

286,0 milyon dollar

623,4 milyon dollar

May

277,2 milyon dollar

558,6 milyon dollar

İyun

78,9 milyon dollar

405,6 milyon dollar

İyul

272,7 milyon dollar

826,3 milyon dollar

Avqust

93,9 milyon dollar

763,0 milyon dollar

Sentyabr

164,5 milyon dollar

732,3 milyon dollar

Yanvar-sentyabr cəmi

2 102,2 milyon dollar   

5 745,0 milyon dollar

 

Seçilən
22
fed.az

1Mənbələr