AZ

Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür

Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlər görür.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə deyib.

“Dövlətlərimizin başçıları arasında şəxsi etimad münasibətləri və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndirş. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib.

Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 % artaraq 135,4 milyon ABŞ dolları təşkil edib.

Seçilən
0
6
missiya.az

7Mənbələr