AZ

Yaxınlaşan boşanma əlaməti: Fikir verin

Bəzi münasibətlər var ki, boşanmaq və ya ayrılıq qərarı verilsə də, danışıq yolu ilə bu fikirdən daşınmaq olar. Amma elə bir əlamət var ki, bundan sonra belə bir qərar qəbul etməyin vaxtı çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ailə münasibətləri üzrə ekspertlər bir neçə əlamətləri sadalayıb.

Münasibətlərdə hörmətsizlik

Bu tərif yalnız tərəfdaşın təhqir və alçaldılmasını deyil, hətta daimi istehza və sarkazmları da əhatə edir. Ancaq ən dəqiq əlamət bir tərəfdaş üzərində üstünlük hissidir. Bu hissi ilk yaşayan şəxsin yaxın gələcəkdə boşanma təşəbbüsü ilə çıxış edəcəyinə inanılır. Nifrətin səbəbi həll olunmamış problemlər, yığılmış şikayətlər və yarınız haqqında daim mənfi düşüncələrə səbəb olan digər gündəlik kiçik şeylər ola bilər.

Əlaqə

Əgər partnyorunuz sizin qərəzinizi və ya ikrahınızı hiss edirsə, o, çətin ki, ortaya çıxan problemin həllinə diqqət yetirsin. Ancaq belə bir vəziyyətdə belə boşanma və ayrılıqdan qaçmaq olar. Mövcud olan bütün fikir ayrılıqlarını açıq şəkildə müzakirə edib, hər bir tərəfin maraqlarını təmin edən qərar qəbul etmək lazımdır. Ancaq bunun üçün istək lazımdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
10
milli.az

1Mənbələr