AZ

"Qarabağ" evdə çox yaxşı oynayan komandadır"

"Qarabağ"dan çəkinmirik".

90deqiqe.Az xəbər verir ki, bu sözləri İsveçin "Malmö" komandasının baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları maraqlı oyunun gözlədiyini bildirib:

"Qarabağ" xüsusilə evdə çox yaxşı oynayan komandadır. Biz Ağdam klubunun daha əvvəl qarşılaşdığı digər İsveç təmsilçilərindən daha güclüyük. Rəqibi analiz etmişik və deyə bilərəm ki, "Qarabağ" "Sparta Praqa" və "Reyncers"dən güclü komandadır və onlar bu qrupun iddialı komandalarından biridir. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Azərbaycana yüksək motivasiya ilə gəlmişik".

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"-"Malmö" oyunu saat 20:45-də başlayacaq.

Seçilən
5
3
90deqiqe.az

5Mənbələr