AZ

"Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi layihə çərçivəsində tədbirlər keçirib - FOTOLAR

"Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq  02 oktyabr 2024-cü il ildə  Sabunçu rayonu Bilgəh qəsəbəsi  T.İsgəndərov adına  142 № li tam orta məktəbdə, layihə çərçivəsində , pedaqoji heyətin üzvlərinin iştirakı ilə  təqdimat və 20 nəfər (10 oğlan 10 nəfər qız)  arasında  Anket-Sorğusu keçirilib.

02.10.2024-cü il saat 11-00 - da könüllülük prinsipi əsasında, şəxsi həvəs və  maraqlarına uyğun olaraq, məktəbin  bir qrup  VI,VII,VIII və IX sinif şagirdlərindən ibarət qrup məktəbin müəllimlər otağında toplaşıblar. Layihənin rəhbəri N.Nəcəfov şagirdlərə  layihə barədə məlumat verdi və Anket Sorğusunun keçirilməsi ilə əlaqədar olaraq məktəblilərin suallarını cavablandırdı.

O, hər bir məktəblimim davamlı inkişafına müsbət təsir göstərən  zehni oyunlardan dama, domino, şahmat,müxtəlif konstruksiyaların qurulması, pazlıların köməyi ilə müəyyən təsvirin toplanmasından danışdı, şagirdləri layihənin icrasına qoşulmağa çağırdı. Sonra oğlan və qızların birgə iştirakı ilə məktəbin İctimai Lövhəsində layihənin  çap məhsulu  olan rəngli, loqolu Poster umumi baxış üçün vuruldu. Asudə vaxtı səmərəli qurmaq, dama, domino, şahmatla məşğul olmaq, pazlı quraşdırmaq və s.i. məktəblilərə diqqəti olmaqla yanaşı həm də ilkin təhlil etmə bacarıqlarını öyrədir. Sonra  layihənin fokus qrupuna - 20 şagirdə, qələm və  loqolu Anket-Sorğusu vərəqləri paylanildı.Şagirdlər 20 dəqiqə ərzində  Sorğuya  cavab verdilər.

T.İsgəndərov adına  142 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin təqdimatında məktəbin  direktor əvəzi T.Mahmudova, T/t işi üzrə müavin  Ş.Əmirova,UBTR M.Ağayeva, F/t tərbiyə müəllimi S.Mehdiquliyev,  psixoloq G.Hüseynova, sosial pedaqoq R.Quliyeva  və digər müəllimlər iştirak edirdilər. Layihə rəhbəri N.Nəcəfov  pedaqoji heyətə layihənin məqsədi,əhatə dairəsi ,şagirdlərdən bir qrupunun rəğbətləndirilməsi barədə ətraflı məlumat verdi və hədiyyələri nümayiş etdirdi. Məktəbin direktor əvəzi T.Mahmudova, F/t müəllimi S.Mehdiquliyev,psixoloq  G.Hüseynova çıxış edərək,şagirdlərin intellektinin inkişafı məqsədi ilə bu qəbildən olan layihələri müsbət qiymətləndirdilər.

“Oriqami” təşkilatı tərəfindən həriki tədbirdə foto-video çəkilişi təşkil olunub və KİV üçün məlumat hazıtlanıb.

Seçilən
20
2
qht.az

3Mənbələr