AZ

“Atletiko” 60 azarkeşinə klub stadionuna girişi qadağan etdi

Madrid “Atletiko”su “döşəkçilər”in 60 azarkeşini klubun ev stadionu “Metropolitano”nu ziyarət etməkdən məhrum edib.

Arena.az bu barədə COPE dərgisinə istiadən məlumat verir.

Bunun səbəbi bu “qəhrəmanlar”ın “Real”la İspaniya La Liqasının 8-ci turu çərçivəsində baş tutmuş Madrid derbisi (1:1) zamanı çıxardığı hoqqalardır. Bu şəxslər meydana, xüsusilə “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya yad əşyalar, həmçinin alışqanlar atmaqda və iğtişaş törətməkdə ittiham edilirlər.

Xatırladaq ki, oyunun gedişində, 68-ci dəqiqədə meydan sahibi komandanın azarkeşlərinin “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atması və qapıçının bu əşyaları baş hakimə göstərməsi ilə oyunda 20 dəqiqəlik fasilə yaşanıb. Hakim baş vermiş hadisəni sənədləşdirib, vəziyyət sabitləşdikdən sonra isə oyunu bərpa edib.

Sentyabrın 30-da “Atletiko”nun daxili iclası keçirilib və bu iclasda Madrid klubu derbidə baş vermiş hadisələri qiymətlədirib. “Döşəkçilər”in bir azarkeşi komandanın ev oyunlarını ziyarət etməkdən ömürlük məhrum edilib. Klub müvafiq halların bir daha baş verməməsi üçün bütün ön tədbirləri həyata keçirməyi qarşısına məqsəd qoyub. Madrid klubu İspaniyanın hüquq-mühafizə orqanları ilə birbaşa əməkdalıqdadır.

Tezliklə “döşəkçilər” daxili nizamnamə qaydalarına əlavələr etmək fikrindədirlər. Bunun əsasında, “Metropolitano”da şəxsiyyətin gizlədilməsinə imkan verən geyim və əşyaların istifadəsinə qadağa qoyulacaq.

Seçilən
20
arena.az

1Mənbələr