AZ

"Caucasus Ventures" Fondunun startaplara etdiyi investisiyanın həcmi açıqlanıb

"Caucasus Ventures" Fondu 19 startapa 1,5 milyon ABŞ dolları investisiya yatırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda ilk innovasiya mərkəzinin açılışı zamanı bildirib.

"Azərbaycanda startapların maliyyə resurslarına çıxış imkanları genişləndirilib. Bu prosesdə "Caucasus Ventures" Fondu mühüm rol oynayıb. Fond təsis olunduğu gündən etibarən 19 startapa 1,5 milyon ABŞ dolları investisiya yatırıb", - o qeyd edib.

S.Məmmədov əlavə edib ki, yalnız son 1 il ərzində Azərbaycan startapları 2,2 milyon dollar investisiya cəlb etməyə müvəffəq olub, bu da innovasiya sektoruna artan marağı və ölkədəki sahibkarlıq potensialının inkişafını göstərir.

Seçilən
5
1
day.az

2Mənbələr