AZ

Taksi xidməti bərbad hala düşüb - Ekspert

Tələblərin sərtləşdirilməsində sonra taksi xidmətində, xüsusən də Bolt şirkətinin xidmətində 4 əsas problem özünü qabarıq şəkildə göstərməkdədir:

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev sosial şəbəkədə yazıb. 

Samir Əliyev bildirir ki, taksilərin gəlmə müddəti əhəmiyyətli dərəcədə artıb: "Əvvəl gözləmə vaxtı orta hesabla 3-5 dəqiqə çəkirdisə, indi bu müddət 2 dəfə artaraq 7-12 dəqiqəyə çatıb.

 

2. Taksi sürücüləri tərəfindən sifarişdən imtina hallarının sayı artıb. Yəni əvvəl verilmiş sifariş sürücü tərəfindən tək-tük halda imtina edilirdisə, indi 3-4 cəhddən sonra taksiyə minmək mümkün olur.

 

3. Qeyri-rəsmi ödənişlərin həcmi artıb. Əgər əvvəllər taksi sürücüləri gediş haqqı ödənilən zamanı xırda qəpik pulları qaytarmırdısa, indi tətbiqdə göstəriləndən artıq pul istəyirlər, əks halda sifarişi birtərəfli qaydada ləğv edirlər. Məsələn, son 1-2 ayda hava limanında verdiyim sifarişlərin hamısında birmənalı olaraq tarifdə göstərilən qiymətdən (9-13 AZN) ən azı 2 dəfə artıq (20-30 AZN) pul istənilib, istək yerinə yetirilməyəndə sifariş ləğv edilib.

 

4. Taksi sürücüləri povayderlərin xidmətindən yararlanırlar, ancaq müştəri mindikdə onların xidmətindən imtina edirlər. Son 1 ayda ən azı 5-6 taksi olub ki, taksiyə mindikdə faizlərin yüksək olduğunu bəhanə edərək tətbiqdə sifarişi ləğv edib və ya sərnişindən sifarişi ləğv etməyi xahiş edib. Bununla da provayder şirkətin tapdığı sərnişinə qeyri-rəsmi xidmət göstərib.    

Vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb. Tətbiq vasitəsilə verilmiş sifarişlərdən taksi sürücüləri müxtəlif vasitələrlə (tıxac, ucuz qiymət və s.) boyun qaçırırlar. Bu xidmətin keyfiyyətinin artırılması ilə bağlı hökumətin atdığı addımlar əks effekt verib. İnsanlar keyfiyyətli xidmət göstərən taksi maşını yox, onları mənzilbaşına aparacaq istənilən keyfiyyətli taksi maşını tapmaqda çətinlik çəkirlər. Əsas bərbəd vəziyyət isə hava limanındadır. Onlar sərnişindən ikiqat ödəniş tələb edirlər. Şəhərə getmək üçün normal nəqliyyat sistemi qurulmayan aeroportda insanlar taksilərə yüksək ödəniş etməyə məcbur qalırlar."

Seçilən
27
1
ucnoqta.az

2Mənbələr