AZ

182 nömrəli məktəbdə nə baş verib?

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.

Xəzərnews.az xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.

Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.

Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub.

Məsələ araşdırılır.

*** 17:28

182 nömrəli tam orta məktəbdən Xəzərnews.az-a bildirilib ki, bu gün təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb:

"Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.

Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər".

Xəbər 4 dəfə oxunub.
Seçilən
13
29
xezernews.az

10Mənbələr