AZ

Təl-Əvivdə “TRT Haber” müxbirinə hücum edildi

Təl-Əvivdə bir israilli Türkiyənin “TRT Haber” dövlət telekanalının komandasını təqib edərək canlı yayımı dayandırmağa cəhd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, naməlum şəxs telekanalın müxbirini hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. O, jurnalistin ünvanına nalayiq ifadələr işlədib və operatorun əlindən kameranı almağa çalışıb. vakansiya 2023

F.Altun bildirib ki, İsrail polisi təxribatçını həbs etmək əvəzinə Türkiyə telekanalının əməkdaşlarını saxlayıb.


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

4Mənbələr